Xamneyi Trampa yalançı dedi: “Onun səmimiliyinə inanmırıq” - Nüvə gərginliyi




İranın ali dini lideri Əli Xamneyi, ABŞ prezidenti Donald Trampın mesajına cavab verməyəcə yini və Ağ evlə heç bir müzakirə aparmçayacağını açıqlayıb.

Sherg.az bildirir ki, rəsmi görüşlər keçirmək üçün Tehrana səfər edən Yaponiyanın baş naziri Abe Şinzo ilə görüşən Xamneyi Trampın göndərdiyi mesajla bağlı danışıb. Abenin, "ABŞ prezidentinin mesajını sizə çatdırmaq istəyirəm” - sözlərinə cavab olaraq Xamneyi, "Ciddi və xoş niyyətiniz məsələsində tərəddüdümüz yoxdur. Amma hörmətli Trampı mesaj alveri üçün uyğun görmürəm. Trampa heç bir cavabım yoxdur və olmayacaq” – söyləyib

Yaponiyanın baş naziri Abenin "ABŞ İranda rejim dəyişikliyi məqsədində deyil” sözünə isə Xamyeni belə cavab verib: "ABŞ ilə məsələmiz rejim dəyişikliyi ilə bağlı deyil. Çünki, onların belə bir niyyətləri varsa da, bunu gerçəkləşdirəcək gücə sahib deyillər. ABŞ-ın əvvəlki rəhbərləri də, keçən 40 il müddətində İran İslam Respublikasını yox etmək istədilər. Amma bunu bacara bilmədilər. Trampın rejim dəyişikliyi məqsədinin olmaması ilə bağlı dedikləri yalandır. Əgər bunu edə bilsəydi edərdi. Amma bacara bilməyəcəyini anlayır”.

Abe, ABŞ-ın İranla səmimi müzakirələrə hazır olduğu sözlərinə də Xamneyi, "Buna inanmırıq. Səmimi müzakirələr Trampla olmayacaq” – söyləyib.

"İran ABŞ-a güvənmir”


Xamneyi sözlərinə belə davam edib: "ABŞ rəhbərliyində dürüstlük çox aşağı səviyyədədir. İran ABŞ-a güvənmir. Nüvə razılaşması çərçivəsində ABŞ-la gərçəkləşən acı müzakirə təcrübəsi heç vaxt təkrarlanmayacaq”.

Xamneyi vurğulayıb ki, İran 5-6 il nüvə anlaşması ilə bağlı ABŞ və digər ölkələrlə müzakirə apardı, nəticə də əldə etdi. Amma Ağ ev rəhbərliyi bu razılaşmanı pozdu. Hansı ağlı başında olan insan, bütün razılaşmaları pozan bir ölkə ilə yenidən müzakirə aparar? Azad və ağıllı olan heç bir xalq təzyiq altında hansısa müzakirəni qəbul etməz”.

Ali dini lider nüvə silahına qarşı olduqlarını və nüvə silahının dində haram olduğu ilə bağlı fətvasını xatırladaraq deyib ki, əgər nüvə silahı istehsal etmək istəsəydilər bunu edərdilər:

"ABŞ-ın icazə verməməsi də bunu əngəlləyə bilməzdi. Amerikanın hansısa ölkənin nüvə silahına sahib olub-olmayacağı ilə bağlı qərar vermək səlahiyyəti yoxdur. Çünki, bu gün ABŞ-ın silah depolarında minlərlə nüvə başlıqları var”.

Anar

Paylaş
Bizi Facebookda izləyin
menu
menu