Azərbaycanda Türkiyənin hərbi bazası yerləşdirilə bilərmi ? - AÇIQLAMA





"Azərbaycanda hansısa üçüncü ölkənin hərbi bazasının və qoşun birləşmələrinin olub-olmaması məsələsi dövlətimizin daxili işidir və suveren hüququmuzdur”.

Bunu "Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Analitik bildirib ki, ötən illər ərzində Azərbaycan balanslı siyasət yürüdüb, öz ərazisinə heç bir ölkənin qoşunlarını soxmayıb:

"Bununla bağlı Azərbaycana daim təkliflər edilsə də, rəsmi Bakı heç vaxt razılaşmayıb. Biz bunun müqabilində tam müstəqillik əldə etmişik. 20 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyü pozulmuş vəziyyətdədir, lakin dünya birliyi beynəlxalq hüququn pozulmasına göz yumur. Azərbaycanın hərbi doktrinasına əsasən ölkə ərazisində heç bir dövlətin hərbi bazası ola bilməz. Biz hər zaman neytral ölkə prinsiplərini davam etdirmişik. Bununla bağlı erməni mediasının yazdıqları həqiqətə uyğun olmayan xəbərlərdir”.

Z.Məmmədovun sözlərinə görə, Naxçıvanda və Azərbaycanın hansısa bölgəsində Türkiyənin hərbi bazasının olub-olmamasından asılı olmayaraq, qardaş ölkənin hərbiçiləri daim Azərbaycanın yanındadırlar:

"Naxçıvan bu istiqamətdə xüsusi prioritet təşkil edir. Bilirsiz ki, Naxçıvanla bağlı Azərbaycanla Türkiyə arasında müəyyən anlaşmalar mövcuddur. Ona görə də kimsə Naxçıvana hücum etməyə cəhd edərsə, qardaş türk ordusu Azərbaycan silahlı qüvvələrinin yanında yer alacaq. Buna heç kimin şübhəsi olmasın”.

İsmayıl


Paylaş
Bizi Facebookda izləyin
menu
menu