Peskov: Putinlə Tramp ayaqüstü görüşə bilərlər




Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp G20 sammiti çərçivəsində "ayaqüstü görüş” keçirə bilərlər.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Eyni zamanda o bildirib ki, görüşlə bağlı ABŞ tərəfindən hər hansı bir təklif gəlməyib.

Bundan əvvəl D.Tramp rusiyalı həmkarı ilə görüşü istisna etməmişdi.

Qeyd edək ki, G20 sammiti iyunun 27-28-də Yaponiyanın Osaka şəhərində keçiriləcək.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu