Xaricdə təhsil alan azərbaycanlıların sayı niyə azalıb və bu, nə vəd edir ? – İZAH





Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı iki dəfədən çox azalıb. 2013-2014-cü tədris ilində xaricdə Azərbaycan vətəndaşı olan 3035 tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci ildə bu rəqəm 1800-ə, 2018-2019-cu tədris ilində isə bu say daha da azalaraq 751-ə enib.

Azərbaycan vətəndaşları dövlət xətti ilə təhsil almaq üçün daha çox Türkiyənin ali təhsil müəssisələrini seçirlər. Ötən müddətə baxdıqda görmək olar ki, bu ölkədə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı təxminən 2 dəfə azalıb.

Bəs, xaricdə təhsil alanların azalmasına səbəb nədir? Bunun təhsilimizə müsbət və mənfi tərəfləri nə ola bilər?

Sualımızı cavablandıram təhsil üzər ekspert Nabatəli Qulamoğlu "Sherg.az”a təəssüflə bildirib ki, azad şəkildə xarici ölkələrdə təhsil alanların statistik göstəriciləri qeyd olunmur.

Ekspert xaricdə təhsil alanların əvvəlki illərə nisbətən az olduğunu təsdiqlədi:

"Xaricdə təhsil alanlar azalmasının bir səbəbi var. Məlumdur ki, təhsil üzrə icra hakimiyyəti Təhsil Nazirliyi hesab olunur. Nazirlik müəyyən etməlidir ki, hansı tələbə gedib dövlət xətti ilə təhsil almalıdır. Yəni, bu tələbələrin iş qabiliyyətini, intellektual səviyyəsini, dil biliyini yoxlamadan keçirəndən sonra xaricə gedəcək tələbələr seçilməlidir.

 Çox təəssüf ki, Təhsil Nazirliyi bu işlə məşğul ola bilmir. Çünki, belə məsələləri Təhsil Komissiyası həll edir. Xaricə kimi göndərirlərsə, həmin şəxsin biliyi əsas götürülür. Daha sonra isə görürlər ki, həmin şəxslər təhsil alandan sonra Azərbaycanda olan mühiti, insanların intellektinə verilən qiyməti başa düşür və ölkəyə qayıtmır. Çünki həmin şəxslərə şərait yaradılmır. Hesab edirəm ki, Təhsil Nazirliyini bu mövzuda işləməyə qoymurlar”.

Yeganə Bayramova

Paylaş
Bizi Facebookda izləyin
menu
menu