AĞIR QƏZA: 20 yaşlı qız...




Abşeronda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Bakı- Quba- Dağıstan avtomobil yolunun Abşeron rayonundan keçən hissəsində Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü İlkin Bəkirovun idarə etdiyi "Mondial” markalı avtomobil idarəetmədən çıxaraq, beton çəpərə çırpılıb. Hadisə nəticəsində sərnişin qismində olan Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nuray Etibar qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı cinayət işi başlanılıb.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu