Nazirdən “Son zəng” münasibəti ilə məzunlara TƏBRİK




Təhsil naziri Ceyhun Bayramov "Son zəng” münasibəti ilə məzunları təbrik edib.

"Sherg.az"ın xəbərinə görə, təbrikdə deyilir:

"Əziz məzunlar!
Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibətilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm.
Siz yeni arzularla gələcəyə hədəflənirsiz. Yeni həyat yolu Sizə məqsəd və imkanlarınızı birləşdirmək amalı bəxş edir. Bu amalla da ilk növbədə Vətənə, xalqa, insanlara xidmət vəzifəsi ilə müxtəlif həyat yollarını seçirsiniz. Əminəm ki, əldə etdiyiniz bilik və bacarıqlar, seçdiyiniz vətəndaş mövqeyi və dəyərlər sizə həyat yolunda töhfə verəcək.
Sizin hər biriniz bizim üçün dəyərli və əvəzolunmazsınız!
Yeni həyat mərhələsində sizə uğurlar arzulayıram!”.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu