Azərbaycanda ali təhsil alan əcnəbilərin sayı artıb




2018-2019-cu tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbilərin sayı 86 ölkədən olmaqla 6004 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 17 faiz artım deməkdir.

Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, "Web of Science®” elmi bazasında Azərbaycan üzrə 1450 elmi tədqiqat işi qeydə alınıb. Son 5 ildə isə alimlərimizin "Web of Science®” bazasına daxil olan məqalələrinin ölkə üzrə ümumi sayı 96 faiz, ali təhsil müəssisələri üzrə 2.6 dəfə artıb.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu