Spiker: “Ulu öndərin hakimiyyətə qayıtmağı ilə xalqı böyük fəlakətdən və qardaş qırğınından qurtardı”




Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində dünən başlayan iclası bu gün davam edir.

Sherg.az-ın xəbərinə görə, deputatlar "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini II oxunuşda müzakirəyə çıxarıblar.

Toplantıda ilk öncə spiker Oqtay Əsədov 15 iyun Milli Qurtuluş Günü ilə bağlı danışıb. Parlament sədri bildirib ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb:

"Zaman bizi 1990-cı ilin həyacanlı günlərindən uzaqlaşdırdıqca, tariximizin bu dönüş məqamında şahidi olduğumuz siyasətçilərin qədir-qiymətini daha yaxşı bilməliyik. O dövrdə Azərbaycan dövləti ikinci dəfə əldə etdiyi müstəqilliyi itirmək ərəfəsində idi, qardaş qırğını təhlükəsi vardı. Bu çətin zamanlarda müdrik Azərbaycan xalqı, dahi oğlu, böyük şəxsiyyət Heydər Əliyevə tərəf döndü. Ulu öndər Azərbaycana hakimiyyətə qayıtmağı ilə xalqı böyük fəlakətdən və qardaş qırğınından qurtardı. Azərbaycanın müasir dövlətinin istiqamətləri müəyyənləşdi. Ona görə də hər il iyunun ayının 15-ni Milli Qurtuluş Günü kimi qeyd edirik. Hər kəsi təbrik edirəm, Azərbaycan xalqına inkişaf arzu edirəm”.

Anar

Paylaş
Bizi Facebookda izləyin
menu
menu