Deputat: “Ermənistana inanırıq ki, onların təqdim etdikləri rəqəmlərə də inanaq?”





Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində dünən başlayan iclası bu gün davam edir. Sherg.az-ın xəbərinə görə, deputatlar "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini II oxunuşda müzakirəyə çıxarıblar.

Müzakirə zamanı deputat Şəmsəddin Hacıyev bildirib, bəziləri Ermənistandakı həyat səviyyəsindən danışıb, orada yaşayışın yüksək olduğunu deyirlər:

"Rəzalət içində, zəlil günündə yaşayan Ermənistana inanırıq ki, onların təqdim etdikləri rəqəmlərə də inanaq? Ermənistan hökuməti ölkə iqtisadiyyatının 80 faizinə nəzarət etmir. Belə halda inkişaf necə ola bilər. Amma Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun dəyəri Ermənistandan 8 min dollar çoxdur”.

Anar

Paylaş
Bizi Facebookda izləyin
menu
menu