Parlament sədri deputatlara əsəbiləşdi: “100 nəfər oturub 78 nəfər səs verir, bu nə deməkdir?”




Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində dünən başlayan iclası bu gün davam edir. 

Sherg.az-ın xəbərinə görə, bu gün toplantıda "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun müzakirə olunub.

Müzakirədən sonra qanun səsverməyə çıxarılıb. Bundan sonra parlament sədri Oqtay Əsədov deputatlara yenidən irad bildirib.

Spikerin budəfəki iradı isə deputatların səsverməyə qatılmaması ilə bağlı olub: "100 nəfər oturub 78 nəfər səs verir. Bu nə deməkdir?! Layihəyə səs vermək lazımdır”.

Anar

Paylaş
Bizi Facebookda izləyin
menu
menu