“Xaricdəki “söyüş” müxalifəti milli maraqlara arxa çeviriblər”




Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şəhər inzibati bölgəsi ilə "Dostluq haqqında xartiya”sını ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərarın çıxarılması separatçı rejimin beynəlxalq miqyasda tanıdılması cəhdlərinin iflasa uğradıını göstərir. Qərar eyni zamanda beynəlxalq ictimaiyyətin separatçılıq meyillərini qınamasının növbəti təzahürüdür.

Xartiyalar Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə ziddir, həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bu ölkənin bitərəfliyini şübhə altına salırdı. Aydın görünür ki, Azərbaycanın milli maraqlarının qorunması xaricdəki "söyüş” müxalifətinin proqramına daxil deyil. Onlar Azərbaycan dövlətini, hakimiyyət nümayəndələrini təhqir edir, lakin ümummilli məsələlərdə susurlar. Xaricdə yaşayan və milli mənafelərdən danışan şəxslərin belə məsələlərdə susqunluq nümayiş etdirməsi onlarda heç bir milli təssübkeşliyin olmadıını göstərir. Bir daha aydın görünür ki, onlara pulu mhz Azərbaycanı gözdən salmaq üçün ayırırlar.

Məlum qruplaşmanın biganəliyini "Sherg.az”a dəyərləndirən siyasi ekspert, tanınmış jurnalist Azər Həsrət deyib ki, əslində onlardan belə bir şey gözləmək sadəlövhlük olardı:

"Hamımız yaxşı bilirik ki, həmin adamların məqsədi heç də Azərbaycanın maraqlarına, ölkənin demokratikləşməsinə xidmət etmək deyil. Onlar sadəcə olaraq Azərbaycan dövlətini gözdən salmağa çalışırlar. Ona görə də dövlətin və millətin faydasına olan istənilən addımla bağlı ya susqunluq nümayiş etdirirlər, ya da onun əhəmiyyətini azaltmağa cəhd göstərirlər.

Demirik ki, Azərbaycan hakimiyyətinin hər uğuruna sevinsinlər, əgər ölkənin milli maraqlarına xidmət edirlərsə, ən azından Fransa dövlətinə bir təşəkkür edərdilər. Amma bunu belə etmək istəmirlər. Ona görə etmirlər ki, o adamlar sadəcə olaraq milli maraqlara arxa çeviriblər. Onlardan müsbət addım gözləmək olmaz”.

A.Həsrətin sözlərinə görə, Azərbaycan xalqının böyük əksəriyyəti dövlətin, hakimiyyətin yanındadır:

"Kim milli maraqlarımıza xidmət edirsə, biz də onun yanında olmaqda davam edəcəyik. Azərbaycan dövlətinin başında duran cənab İlham Əliyev və onun komandası həqiqətən də dövlətin milli davasını aparır. Bu dava öz nəticələrini verməkdədir. 

Elə Fransadakı məhkəmə qərarları da bunun bariz nümunəsidir. Özlərini "milli dava adamı”, "demokratiya carçısı” elan etmiş şəxslərin bu cür susqunluğu, yaxud gözdən salma kampaniyaları bizi narahat etmir. Onsuz da onlar öz mövqelərini əvvəlcədən bəyan ediblər.

Azərbaycan xalqına və dövlətinə qarşı mövqedə olduqlarını hər addımda, hər çıxışlarında vurğulayırlar. Biz də onlardan sevinc mesajları gözləmirdik. Təsəvvür edin, ermənilər bu qərarlardan narahat olurlar, məlum qruplaşma da ermənilərlə eyni sırada peşmançılıq keçirir. Onları özbaşlarına buraxırıq, kimə, nəyə xidmət edirlər, özləri bilərlər. Sadəcə Azərbaycan xalqı kimin kim olduğunu bir daha görmüş oldu”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu