Nazir: “Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir”




Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində dünən başlayan iclası bu gün davam etdirilib. Sherg.az-ın xəbərinə görə, bu gün "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi II oxunuşda müzakirə edilib.

İclasda iştirak edən vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda sadə vətəndaşların, sahibkarların və bankların nağdsız hesablaşmaların aparılmasındakı marağından danışıb:

"Onlar nağdsız hesablaşmalarda nə dərəcədə maraqlıdırlar? Bu suala cavab vermək üçün bir sıra məsələlərə, o cümlədən komisyon haqlarına diqqət yetirmək lazımdır. Hazırda Azərbaycanda POS-terminallar üzrə ödənilən komisyon haqqı 1,29 - 2,37 faiz arasında dəyişir. Müqayisə üçün deyim ki, bu göstərici Gürcüstanda və Böyük Britaniyada 1,5 - 2 faiz, İtaliyada 2 - 2,5 faiz, Rusiyada isə 2 – 3 faizdir. Yəni Azərbaycanda tariflər digər ölkələrdən yüksək deyil. Dövlət bu məsələyə müdaxilə etmir. Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu baxımdan hökumət tərəfindən nağdsız hesablaşma mühitinin genişlənidirlməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi, rəqəmsal ödənişlərin inkişafı üçün mühüm tədbirlər görməkdədir.

Nazir qeyd edib ki, rəhbərlik etdiyi qurum həmkar qurumlarla bu istiqamətdə birgə çalışır:

"Nağd pul kütləsinin ümumi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1 faizdən 51,9 faizə qədər azalıb. Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətdə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda 2016-ci illə müqayisədə POS-terminalların sayı 16 faizədək azalıb. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67 032 POS-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 milyon 721 min ödəniş kartı mövcuddur”.

Anar

Paylaş
Bizi Facebookda izləyin
menu
menu