“Xaricdəki “söyüş” müxalifəti Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələrin maşasıdır”





Xəbər verdiyimiz kimi, Fransanın Serji-Pontuaz məhkəməsi Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şəhər inzibati bölgəsi ilə "Dostluq haqqında xartiya”nı ləğv etdi. Ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərar çıxarıldı. Beləliklə separatçı rejimin beynəlxalq miqyasda tanıdılması cəhdləri iflasa uğradı.

Qərar eyni zamanda beynəlxalq ictimaiyyətin separatçılıq meyillərini qınamasının növbəti təzahürüdür. Xartiyalar Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə ziddir. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bu ölkənin bitərəfliyini şübhə altına salırdı.

Aydın görünür ki, Azərbaycanın milli maraqlarının qorunması xaricdəki "söyüş” müxalifətinin proqramına daxil deyil. Onlar Azərbaycan dövlətini, hakimiyyət nümayəndələrini təhqir edir, lakin ümummilli məsələlərdə susurlar.

Xaricdə yaşayan və milli mənafelərdən danışan şəxslərin belə məsələlərdə susqunluq nümayiş etdirməsi onlarda heç bir milli təssübkeşliyin olmadığını göstərir. Bir daha aydın görünür ki, onlara pulu məhz Azərbaycanı gözdən salmaq üçün ayırırlar.

Baş verənləri "Sherg.az”a dəyərləndirən tanınmış jurnalist Tural İsmayılov bildirib ki, xaricdəki anti- Azərbaycan şəbəkənin 3 təbliğat taktikası var:

"Birincisi, olmayan hadisələrdən xəbər mahiyyəti daşımayan feyk informasiya istehsal edib kütlələri çaşdırmaqdır. İkinci taktika ictimai rəydə aqressiya və kini artırmaq, üçüncü isə neqativ nüans axtarmaq və yaxud mənfi yüklü sosium yetişdirmək.

 Müxalif qüvvələrin bu cür davranış sərgiləməsi səbəbləri isə sadədir. Xaricdəki anti- Azərbaycan şəbəkə ölkədə qarışıqlıq yaratmaq istəyən düşmən qüvvələrin əl maşasıdır. Emin Milli "Meydan TV”-dən uzaqlaşdırılanda yazıçı Əli Əkbər necə demişdi? "Düşmənlərə süni inqilab elementləri lazımdır, savadsız, həyasız, bəsit düşüncəli məhdud radikal mühacirlər isə hazır yemdir”.

Azərbaycanla bağlı bütün hər şeyin şüurlarda mənfi obrazı formalaşsın deyə bu ünsürləri qrant və ianələrlə yumşaq desək, satın alırlar. Ona görə də, xaricdəki antimilli tör-töküntülərdən nəsə milli və lazımlı mövqe gözləmək yersizdir”.

Yeganə Bayramova

Paylaş
Bizi Facebookda izləyin
menu
menu