Komitə sədri: “Qanunun tələbləri var və ona riayət edilməlidir”




Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində dünən başlayan iclası bu gün davam etdirilib.

Sherg.az xəbər verir ki, yeni hazırlanan "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanun layihəsinin müzakirəsi olub.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, "Normativ hüquqi aktlar haqqında” qanunda qanun layihələrinin normayaratma orqanına təqdim edilməsi qaydası yer alıb:

"Bu müddəalar vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təklif etdikləri qanun layihələrinə də şamil olunur. Elə təəsürat yaranmamalıdır ki, vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək təqdim edəcəkləri qanun layihəsi onların istədikləri formada olmalıdır. Bu, mümkün deyil. "Normativ hüquqi aktlar haqqında” qanunun tələbləri var və ona riayət edilməlidir”.

Anar

Paylaş
Bizi Facebookda izləyin
menu
menu