Kılıçdaroğludan İmamoğluna GÖSTƏRİŞ: “Danışma !” – SƏBƏB ?




Türkiyədə təkrar keçirilməsinə qərar verilən İstanbul bələdiyyə seçkisi yaxınlaşdıqca siyasi arenada gərginlik artmaqdadır. Demək olar ki, hər gün tərəflər arasında "söz dueli” yaşanır və qarşılıqlı ittihamlar səsləndirilir. Bunu nəzərə alan CHP sədri Kamal Kılıçdaroğlu İstanbul seçicilərinin Əkrəm İmamoğluna dəstəyini azaldacaq hər hansı mənfi hadisənin baş verməməsi üçün partiya funksionerlərinə ciddi xəbərdarlıq edib.

Məlumata görə, Kılıçdaroğlu namizəd İmamoğluna da sözlü mübahisələrə çox girişməməsini tövsiyyə edib. Belə ki, 23 iyuna ciddi hazırlıq görən CHP seçki gününə qalan 10 günlük zamanı problemsiz başa vurmağı hədəfləyir. Ona görə də Kılıçdaroğlu partiya toplantılarında həm yardımçılarına, həm də təşkilatın bütün təmsilçilərinə xüsusi həssaslıq nümayiş etdirmələri təlimatını verib.

Kılıçdaroğlu Əkrəm İmamoğluna dəstəyin 31 mart seçkisi ilə müqayisədə xeyli artdığını, hakim AKP-nin də bunun fərqində olduğunu söyləyib:

"Hakim partiya hər cür qanunsuzluq edə, müxtəlif metodlara əl ata bilər. Biz bunların hamısına hazır olmalıyıq. Partiya təmsilçiləri seçki günü də daxil olmaqla bütün provokasiyalardan uzaq durmalıdırlar. Ən əsası isə proseslərlə bağlı ictimaiyyətə verilən açıqlamalarda həddindən artıq diqqətli olmaq lazımdır”.

İmamoğluna ünvanlanan suallara CHP sözçüsü cavab verəcək

Kılıçdaroğlunun seçki kampaniyası ərzində mütəmadi olaraq Əkrem İmamoğlu ilə telefon danışığı apardığı bildirilib. Partiya sədri onu narahat edən məqamları İmamoğlu ilə də paylaşıb və onun da diqqətli davranmasını, sözlərinə fikir verməsini tövsiyyə edib. 

CHP sədri namizəd İmamoğluna polemikalardan mümkün olduğu qədər uzaq durmasını və bütün gücü ilə seçkiyə hazırlaşmasını məsləhət bilib. CHP-nin 23 iyun seçki gününə qədər bütün proseslərə və AKP-dən gələn suallara reaksiyası təşkilatın xüsusi seçilmiş sözçüsü tərəfindən həyata keçiriləcək. Yəni İmamoğlu özü birbaşa məsələlərə müdaxilə edə, ona ünvanlanan suallara cavab verə bilməyəcək.

"Qarşı tərəfi vecinizə almayın, suallarını cavablandırmayın!”

CHP rəhbərliyinin seçki gününədək planlaşdırdığı fəaliyyəti təşkilatın məlumatlandırma raporlarında da öz əksini tapıb. Partiya mərkəzində hazırlanan "Təlimatlar” adlı dosya təşkilatın bütün yerli şöbələrinə göndərilib. Kılıçdaroğlu sadəcə rəhbərlikdə təmsil olunanların deyil, partiyanın bütün üzvlərinin də səslərə mənfi təsir edə biləcək mübahisələrdən yan keçmələrini tövsiyyə edib: 

"Hər açıqlamaya və hər kəsin sualına cavab verilməməlidir. Məqsədli sual verənlərlə ünsiyyətdən qaçmaq lazımdır. Onları vecinizə almayın və səviyyənizi aşağı salmayın. Rəqiblərimizi görməzdən gəlmək onlara verilmiş ən gözəl cavabdır. Çünki qarşımızdakıların məqsədi bizi təxribata çəkməkdir”.

İsmayıl



Paylaş
Bizi Facebookda izləyin
menu
menu