Doğrudanmı həkim xəstənin üstünə sərxoş halda gəlib ? – AÇIQLAMA + VİDEO




Bakıda təcili tibbi yardım stansiyasında çalışan həkim xəstənin üstünə sərxoş vəziyyətə getməsi iddia olunur. Bununla bağlı sosial şəbəkələrdə video da yayılıb. Hadisənin Ələt qəsəbəsində qeydə alındığı bildirilir. Daha çox həkimin nitqi və hərəkətləri onun sərxoş olduğu qənaətini yaradır.

Bu cür hadisələrin baş verməsi xoşagəlməzdir. İnsan həyatının etibar oldunduğu şəxsin sərxoş halda iş başında olması sosial şəbəkə istifadəçiləri tərəfindən də sərt qarşılanıb.

Baş verənləri "Sherg.az”a dəyərləndirən "Borçalı” İctimai Birliyinin sədri, həkim Zəlimxan Məmmədli bildirib ki, ümumiyyətlə, içki dinimizdə, əxlaqımızda, məişətimizdə qadağandır:

"Sərxoş halda harasa getmək və müəyyən işlə məşğul olmaq lazım deyil. Bütün bunlar nəinki həkimə, digər insanlara da aiddir. Sərxoşluq bütün hallarda assosiativ formada qeyri-insani hislər yaradır. Baş verən hadisədə müəyyən ekspertiza edilməlidir. Bəlkə, həkimin normal danışığı elədir deyə, onun sərxoş olduğu düşünülür.

Belə olan halda həmin şəxsə sərxoş damğası vurmaq da düzgün deyil. Hər halda cəmiyyətdə maarifləndirmə işimiz kifayət qədər aşağıdır. Maariflənmə prosesini əngəlləyən çoxlu nüanslar var. Bunlar aradan qalxdıqca dediyimiz mənfiliklər azalacaq”.

Z.Məmmədli vurğulayıb ki, dünyanın ən demokratik, insan haqlarının ən yüksək səviyyədə təmin olunduğu sivil ölkələrdə də bu cür neqativ hallar yaşanır:

"Həmin ölkələrdə də sərxoşlar, mübahisə edənlər, əxlaqsızlar olur. Hər kəs kimi həkim də məsuliyyətsizlik edə bilər. Təbii ki, bu məsuliyyətsizliyi etməməlidir. Amma sırf həkim, müəllim və başqa sahədə çalışanlara damğa vurmaq düzgün deyil.

"Əl-Həkim” surəsində həkimə insanların əzalarına baxmaq haqqı tanınır. Bu çox müqəddəs işdir. Həkimə etibar olan bədənin bütün əzalarına baxmaq həvalə edildiyi zaman o məsuliyyətli olmalıdır”.

Yeganə Bayramova

Paylaş
Bizi Facebookda izləyin
menu
menu