Jurnalistlərin də övladları məzun oldular - YENİLƏNİB+FOTOLAR





Bu gün Azərbaycanın bütün ümumtəhsil məktəblərində "Son zəng” tədbirləri keçirilir.

Təhsil Nazirliyinin məlumatına görə, bu il respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80514 nəfər şagird bitirir. Bunlardan 19786 nəfər şagird Bakıda məzun olur.


Modern.az-ın məlumatına görə, bu gün məzun adı qazanan yeniyetmələr arasında jurnalist övladları da var.



"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı oğlu Abdulazimin Bakı Atatürk Liseyindən məzun olmasına sevinib.



Müstəqil jurnalist Aygün Muradxanlının qızı Humay Bakı Atatürk Litseyinin 27-ci məzun törənində orta təhsili başa vuran yeniyetmələr sırasında olub.


"Yeni Azərbaycan” qəzetinin redaktoru Nadir İsmayılovun (Azəri) da qızı bu gün Bakı Atatürk Litseyini bitirən məzunlar sırasında idi. Yeri gəlmişkən, Şəmsiyyə İsmayıllı bu il Türkiyə universitetlərinə imtahan verib.


"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da bu gün sevinən valideynlərdəndir.
Jurnalistin ikinci qızı Banuçiçək orta məktəbdən məzun olub. Qeyd edək ki, məzunun anası Məlahət Zeynallı da jurnalistdir.



Müstəqil jurnalist-yazar Arzu Soltanın oğlu bu il orta məktəbə əlvida deyib.



Jurnalist, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə əməkdaşı Rəşad Hüseynovun qızı da bugünkü məzunlar sırasındadır. Yeri gəlmişkən, Rəşad Hüseynovun xanımı Xatirə Hüseynova da jurnalistdir, BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologoya üzrə fəlsəfə doktorudur.


Jurnalistlər Fərəh Sabirqızı və Məğrur Əliyev də bu gündən məzun valideynləri sayılırlar. Onları qızı Fidan Əliyeva Bakı Atatürk Litseyini bitirib.



Unikal.org saytının əməkdaşı Hüseyn İsgəndərovun qızı Ləman İsgəndərova da bu gün məzun olanlar sırasındadır.



"Yeni Müsavat” qəzetinin baş redaktorunun I müavini Azər Ayxanın qızı Ayan da orta məktəbi bitirib.


Bu il orta məktəbə "əlvida” deyənlər sırasında jurnalist Azər Rəşidoğlunun oğlu Rəşid də var.



FED.az biznes portalının redaktoru Əli Əhmədovun oğlu Cavidan da məzunlar sırasına qoşulub.


Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyevanın oğlu Murad da orta məktəblə vidalaşıb.



Jurnalist Səlim Əzizoğlu da bu gün övladının məzun toplantısına sevinən valideynlərdən olub.


Real TV-nin əməkdaşı Ləman Ələşrəfqızının oğlu Rəsul İsmayılov bu gün məzun kimi Nəsimi rayonundakı 9 saylı orta məktəblə vidalaşıb.



Paylaş
Bizi Facebookda izləyin
menu
menu