Ekspert QTA-nın bu addımını təqdir etdi, amma qulp da qoydu






Qida Təhlükəsizliyi Agentliyi (AQTA) enerji içkiləri ilə bağlı qaydalar müəyyyənləşdirib. Agentlik tərəfindən enerji içkilərinin təhlükəsizlik göstəricilərinin tənzimlənməsi və bununla da bu içkilərin insan orqanizminə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün "Enerji içkilərinə dair sanitariya norma və qaydaları” qəbul edilib.

"Enerji içkilərinə dair sanitariya norma və qaydaları” bu məhsulların minimum keyfiyyət göstəricilərinə, təhlükəsizliyinə, qablaşdırılmasına, etiketlənməsinə, daşınmasına və saxlanmasına, habelə həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir.

Yeni qaydalarla bağlı "Sherg.az”a danışan "Azad İstehlakçılar” İctimai Birliyinin sədri, ekspert Eyyub Hüseynov bildirib ki, agentlik tərəfində enerji içkilərinə dair müəyyən qaydaların qəbul edilməsi müsbət haldır:

"Lakin dəfələrlə bildirirdim ki, həmin sənədlə yerli ictimaiyyət də tanış olsun. Təəssüf ki, ictimaiyyətlə heç bir müzakirə aparılmadan işlər görülüb. Əlbəttə, energetik içkilərə əlçatanlığın azaldılması üçün müəyyən işlər görürük. Amma həmin içkilərin tərkibində insanların xeyrinə olan dəyişikliklər aparılmağın da tərəfdarıyıq.

Yerli energetik içki istehsalçıları hazırlaşırlar ki, QTA-nın bəyənatından öncə dəyişiklik aparsınlar. Çünki bazarda hansısa məhsula tələb varsa, mütləq təklif olacaq. Azad İstehlakçılar Birliyində bu içkilərlə bağlı 13 nümunə var. Xarici ölkələrdə məhsulla bağlı yoxlama aparıb əhaliyə də məlumatlar verəcəyik”.

Yeganə Bayramova







Paylaş
Bizi Facebookda izləyin
menu
menu