İmamoğlu iddialı danışdı: “Məni görənlər “çalışqan adam gəlir” deyəcəklər”





CHP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi Əkrəm İmamoğlu Sivasda oteldə iş adamları ilə görüş keçirib. İmamoğlu sahibkarlara bir sıra mesajlar verib:

"İstanbulun gəlmiş-keçmiş ən demokrat bələdiyyə sədri olacam. Məni gördüyünüz zaman övladlarınıza deyəcəksiniz ki, "Əkrəm əminiz kimi sizdə çalışqan olun”. Sizə söz verirəm, çox çalışacam, yorulmaq nədir bilməyəcəm. Allaha şükür olsun ki, enerjimiz çoxdur. Gəncliyimiz keçməyib. Məhəbbətlə dolu ürəyimiz və əsla vaz keçməyəcəyimiz qərarlığımız var. Məni görənlər "çalışqan adam gəlir” deyəcəklər”.

CHP-nin namizədi bütün şəhəri qucaqlayacağını söyləyib:

"Hər dəqiqə şəhərin 16 milyonluq insanı ilə yaxından maraqlanacam. Hamınızdan mənə, əxlaq və ərdəmlə atacağım addımlara dəstək verməyinizi xahiş edirəm. Əminəm ki, bu yolda məni və partiyamı yalnız qoymayacaqsınız və bizimlə birlikdə hərəkət edəcəksiniz”.

İmamoğlu İstanbul qadınlarına da xüsusi önəm veriləcəyini bildirib:

"Xanımlarımız hər zaman öndə və diqqət mərkəzində olacaq. Qadın əməyinin əlavə gəlir olaraq ev büdcəsinə fayda verməsi üçün bir sistem hazırlayacağıq. İkinci növbədə isə uşaqlardır. Uzaq Pendikdəki uşaqlarla mərkəzdə yerləşən Kadıköydəki övladlarımızın şərtlərini eyniləşdirəcəyəm”.

İsmayıl


Paylaş
Bizi Facebookda izləyin
menu
menu