DSX–nin bayraq yürüşünə MÜNASİBƏT: “Müzəffər bayrağımız uca tutulur" – Qürurverici ANLAR !





Dövlət Sərhəd Xidmətində 15 iyun "Milli Qurtuluş günü”nün 26-cı ildönümü münasibətlə "Vətənə xidmət-andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü təşkil edilib.

Dövlət müstəqilliyimizin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayrağımızı irəlidə generallar və zabitlər olmaqla 5000 nəfər heyət çiyinləri üzərində daşıyıblar. Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sərhədçi süvariləri müqəddəs dövlət bayrağımızı başları üzərində ucaldıblar.

Bu bayraq yürüşü ilə Azərbaycan sərhədçiləri dahi öndər Heydər Əliyevin uca xatirəsinə və milli dövlətçilik ənənələrinə sadiqliklərini, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur və iftixar hisslərini nümayiş etdiriblər.

Möhtəşəm yürüşlə bağlı təəsüratlarını "Sherg.az”la bölüşən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bayrağımızın generallar və zabitlər tərəfindən daşınmasını yüksək qiymətləndirdiyini söyləyib:

"Belə mötəbər gün ərəfəsində bu cür tədbirlərin keçirilməsini təqdirəlayiq hesab edirəm. Bayrağımızın şərəflə daşınması, sərhədçilərimizin və generallarımızın iştirakı yüksək qiymətləndirilməlidir. Bütün bunlar vətənpərvərlik nümunəsidir. 

Müzəffər bayağımızın belə məğrurluqla daşınması, onun qorunması və uca tutulması fərəhləndirici haldır. Bütün vətəndaşlarımız bunu bacarmalıdır. Bu yöndə tədbirlərə dəstək verilməsi, tarixi günlərin gənclərə çatdırılmasında hər zaman aktiv iştirak edəcəyik”.

Yeganə Bayramova

Paylaş
Bizi Facebookda izləyin
menu
menu