Baş nazir Düşənbəyə gedib




Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə Toplantısında iştirak etmək üçün iyunun 14-də Tacikistanın paytaxtı Düşənbəyə səfərə gedib.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Baş Nazir Novruz Məmmədovun Əfqanıstan İslam Respublikasının icra rəisi Abdulla Abdulla ilə görüşü olub.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu