Qobustan qoruğunda yanğın söndürüldü - YENİLƏNİB





Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 2 helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq canlı qüvvə və texnikası tərəfindən saat 18:55-də söndürülüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Yanğın nəticəsində 10 ha sahədə quru ot və kol-kos yanıb.

18:09

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.
Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Paylaş
Bizi Facebookda izləyin
menu
menu