Əri TikTok-u qadağan etdi, o da intiharın videosunu göndərdi





Hindistanda 2 uşaq anası 24 yaşlı bir qadın əri TikTok sosial şəbəkəsindən istifadəni qadağan etdiyi üçün zəhər içərək intihar edib. Qadın zəhər içdiyi o anları qeydə alaraq həyat yoldaşına göndərib.





Sherg.az xarici media istinadən xəbər verir ki, hadisə Hindistanın Tamil Nadu əyalətinin Perambalur şəhərində baş verib. Shiva adlı adam həyat yoldaşı Anithaya TikTokt-da çox vaxt keçirdiyi, uşaqlara laqeyd yanaşdığı və bunun bir asılılığa çevrildiyi üçün ona qadağa qoyub. Buna görə Anitha zəhər içərək intihar edib. O, zəhər içdiyi anları da qeydə alaraq videonu WhatsApp üzərindən əri Shivaya göndərib. Görüntülərdə Anithanın ağ bir şüşədən qara bir maye içdiyi görünür. Videonu izləyən Shiva vəziyyəti dərhal qohumlarına bildirib. Evə gedən qohumlar qadını dərhal xəstəxanaya aparıb, ancaq Anitha xəstəxanada həyatını itirib. 

Yerli media, yanvar ayında Maharashtra əyalətinin paytaxtı Mumbaide 15 yaşlı bir qızın, TikTok-da çox vaxt keçirdiyi səbəbiylə ona xəbərdarlıq edən nənəsinə qızaraq, ad günündə özünü asaraq intihar etmişdi.

Turan

Paylaş
Bizi Facebookda izləyin
menu
menu