Şərəfsiz ata həbs olundu: 14 yaşlı qızını hamilə qoyub





Türkiyənin Aydın şəhərinin Çine qəsəbəsində 14 yaşlı qızına qarşı cinsi təcavüz edən və onu hamilə qoyan Saleh K. (39), həbs olunub.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə keçən çərşənbə günü Çine qəsəbəsində baş verib. İddiaya görə, 14 yaşlı C.K.ın qarınının böyüdüyünü fərq edən qohumları, vəziyyətdən şübhələnərək xəstəxanaya aparıb. Xəstəxanada tibbi müayinə zamanı C.K.ın 7 aylıq hamilə olduğu məlum olub. 



Vəziyyət dərhal polisə bildirilib, qruplar işə başlayıb. Ailə üzvləri və C. K. ilə söhbət aparan qruplar araşdırma zamanı şübhəlinin gənc qızın atası Saleh K. olduğunu təsbit ediblər. Saleh K., polisin təşkil etdiyi əməliyyatla evində həbs olunub. Polis idarəsindəki ifadəsində suçunu etiraf edən Saleh K., sövq edildiyi ədliyyədə həbs olunub.

Turan
Paylaş
Bizi Facebookda izləyin
menu
menu