KOSMİK DÜNYA ÇEMPİONATINDA Azərbaycan ən yüksək nəticə göstərən ölkələr sırasında - VİDEO




May-iyun aylarında kosmik sahədə ən qabaqcıl təşkilat və universitetlərin iştirakı ilə keçirilən "Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı” sona çatıb.
"Azərkosmos”dsan Lent.az -a verilən məlumata görə, bu ilki müsabiqədə "NASA”, "Avropa Kosmik Agentliyi”, "Almaniya Aerokosmik Mərkəzi”, Fransanın yüksək avionika, kiber təhlükəsizlik sahəsində xidmət göstərən "Thales şirkəti” kimi təşkilatların yer aldığı 73 komanda iştirak edib. Azərbaycan ilk ən yüksək nəticə göstərən 20 komanda sırasında yer alıb.

Ölkəmiz "Azərkosmos”un Tədqiqat və İnkişaf Mərkəzinin "TM komandası” tərəfindən müsabiqədə təmsil olunub. Çempionatda ikinci dəfə təmsil olunmasına baxmayaraq, "TM komandası” çempionatın qarşıya qoyduğu tapşırığı uğurla həll edib. Bununla, "TM komandası” "Moskva Dövlət Universiteti”, "Hindistan Elmlər Akademiyası”, "Çin Elmlər Akademiyası”, "Koreya Yüksək Elm və Texnologiya İnstitutu”, "Sidney Universiteti”, "Kaliforniya Dövlət Politexnik Universiteti” və digər nüfuzlu universitet və təşkilatların təcrübəli komandalarını geridə qoyaraq 18-ci yerə layiq görülüb.
Komandaların siyahısı ilə aşağıdakı keçiddən tanış ola bilrəsiniz.
Keçid: https://gtocx.jpl.nasa.gov/gtocx/teams/
Komandaların reytinq cədvəlini bu https://gtocx.jpl.nasa.gov/gtocx/leaderboard/ keçiddən izləmək mümkündür.
"Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı” haqqında
Çempionatın 2019-cu il üzrə tapşırığına əsasən bizim qalaktikada yerləşən 100 000 ulduzu minimal yanacaq sərfiyyatı ilə kolonizasiya etmək məqsədilə optimal trayektoriya qurulmalıdır. İlkin olaraq, tapşırıqda trayektoriyanın qurulması üçün 5 raket verilir və hər bir ulduzdan əlavə 3 raketin buraxılması imkanı mövcuddur. Günəşin qalaktika mərkəzi ətrafında fırlanma periodunun 230 milyon il təşkil etməsinə baxmayaraq, ümumi missiyanı 90 milyon il ərzində bitirmək tələb olunur.
Çempionatın bu ilki tapşırığının həllinə uyğun olaraq ulduzların təsvirini aşağıdakı videodan izləmək mümkündür.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu