Həsən Ruhani: "Yaxın Şərq dünyanın ən böhranlı regionlarından birinə çevrilib"




"Yaxın Şərq dünyanın ən böhranlı regionlarından birinə çevrilib".

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu sözləri İran prezidenti Həsən Ruhani Düşənbədə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə Toplantısında çıxışı zamanı deyib.

"Bir sıra xarici qüvvələrin Yaxın Şərq ölkələrinin daxili işlərinə müdaxiləsi, birtərəfli siyasət, terrorizm və ekstremizm, beynəlxalq təhlükəsizlik və sülhə dair məsələlərdə xəyanət, o cümlədən İnternet trafikinə nəzarət sistemi regionumuzu dünyanın ən böhranlı və qeyri-sabit bölgələrindən birinə çevirib", - deyə İran prezidenti bildirib.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu