Gürcüstanda “Nəriman Nərimanov” adına bilik yarışı keçirilib




Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) 9-11-ci sinif şagirdləri arasında "Nəriman Nərimanov” adına bilik yarışı keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, yarışmada Marneuli, Qardabani, Bolnisi və Tbilisi şəhərləri daxil olmaqla ümumilikdə 9 komanda mübarizə aparıb.

GAİM-in direktoru Aygül İsayeva APA-ya bildirib ki, Gürcüstanda ilk dəfə "Nəriman Nərimanov” adına bilik yarışını onlar həyata keçirir. Yarışın nəticələrinə əsasən 9 komanda arasında 1-ci yeri "Günəş” komandası, 2-ci yeri "Teen Wolves”, 3-cü yeri isə "Zəka” komandası tutub.
Qalib komandalar sertifikat və kubokla mükafatlandırılıblar.
Həmçinin, qalib komandanın üzvləri "GAİM”in sentyabr ayında təşkil etdiyi kurslarından birində imtahansız və testsiz iştirak etmək hüququ qazanıblar.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu