Messi 10 oyundur millidə qol vura bilmir




Argentina millisinin kapitanı Lionel Messinin yığmadakı uğursuz seriyası davam edir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 31 yaşlı superulduz Amerika Kubokunun qrup mərhələsinin Kolumbiya ilə dünənki oyununda (0:2) da fərqlənə bilməyib. Bununla da təcrübəli forvardın millidəki qolsuz matçlarının sayı 10-a çatıb.

Qeyd edək ki, Messi yığmadakı son qolunu ötən yay Rusiyada təşkil olunan dünya çempionatının qrup mərhələsində Nigeriya seçməsinin qapısına vurmuşdu.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu