İki rayonda taxıl sahəsi yanıb külə döndü





 Kürdəmir rayonunda yanğın hadisəsi baş verib.
"Report" xəbər verir ki, rayonun Xəlsə kənd bələdiyyəsinə məxsus 10 hektar biçilmiş taxıl sahəsi yanaraq külə dönüb.
Hadisə yerinə FHN-in Kürdəmir Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Yanğının digər sahələrə, eləcə də pambıq sahəsinə keçməsinin qarşısı alınıb.

Göyçay rayonunda da böyük ərazidə yanğın hadisəsi baş verib.  APA xəbər verir ki, bu gün saat 14.00- radələrində rayonun Yeniarx kənd qəbiristanlığında başlayan yanğın qısa vaxtda geniş əraziyə yayılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən avtomobili və canlı qüvvəsi, eləcə Ucar, Ağdaş və İsmayıllı rayonlarının yanğınsöndürən briqadaları cəlb olunub.

Hava küləkli olduğu üçün alov qısa vaxtda qəbiristanlıqdan yaxınlıqdakı taxıl sahələrinə keçib. Hadisə zamanı həyətyanı sahələrin çəpərləri, meyvə ağacları, qəbiristanlıqda 2 hektar ərazidə ot, ağac, kol, eləcə də yaxınlıqdakı 10 hektar taxıl sahəsi yanıb.

Hazırda kənd qəbiristanlığında və yaxınlıqdakı taxıl sahələrində yanğın məhdudlaşdırılıb, yanğın ocaqlarının tam söndürülməsi istiqamətində işlər davam edir.

Qeyd edək ki, yanğının kim tərəfindən törədildiyi hələ məlum deyil. Yanğının qəsdən törədildiyi ehtimal olunur.

Hər iki faktla bağlı araşdırma aparılır.



Paylaş
Bizi Facebookda izləyin
menu
menu