Quzanlıda baş verən zəncirvarı qəzada bir nəfər xəsarət alıb





Ağdam rayonunun Quzanlı qəsəbəsində zəncirvari qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "VAZ 2106" markalı avtomobil işıqforun qırmızı işığında yüksək sürətlə keçərkən "Mercedes” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən "Mercedes” markalı avtomobil hərəkətdə olan "VAZ 2107"-yə çırpılıb. Qəza zamanı bir nəfər xəsarət alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu