"Oskar"lı aktyor həbs edildi





Məşhur dünya ulduzu, "Oskar" mükafatçısı 51 yaşlı Kyuba Qudinq hakim qarşısına çıxarılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, Nyu-Yorkdakı gecə klublarından birində 29 yaşlı qadına seksual xarakterli zorakılıq etməkdə ittiham olunur. Qadının polisə şikayət etməsi üzərinə aktyor həbs edilib.

O, ittihamları qəbul etməyib. Vəkili də aktyorun günahsız olduğunu deyib. Məhkəmənin vaxtı dəyişdirilib.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu