"Fransa danışıqlarda iştirak edir və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayır" - AKTUAL



"Fransa məhkəmələrində qəbul edilmiş bu qərarlar çox əhəmiyyətlidir".

Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Zeynal Əmralıyev deyib.

Politoloq vurğulayıb ki, Fransa tarixi borcunu yerinə yetirməlidir:

"Fransa erməni məsələsində uzun müddətdir ki, qərəzli mövqe nümayiş etdirirdi. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olan bir dövlətdir. Həmçinin, münaqişənin sülh yolu ilə həll edilməsi üzrə danışıqlarda vasitəçilik edir. 

Qondarma rejimlə əlaqə qurulması utancverici, həm də beynəlxalq hüququn normalarının kobudcasına pozulması idi. Fransa vasitəçi tərəf kimi danışıqlarda iştirak edir və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayır. 

Əgər ərazi bütövlüyü tanınırsa, necə olur ki, seperatçı bölgənin saxta hakimiyyət orqanları ilə əlaqə qurur? Nəzərə alaq ki, Fransa unitar dövlətdir və şəhərlər mərkəzi hökumətdən xəbərsiz belə işlər görə bilməzlər".

Analitik bildirib ki, son zamanlar başda Heydər Əliyev Fondu olmaqla Azərbaycanın bir sıra təşkilatları, qurumları Avropada tədbirlər keçirir, Azərbaycanın təbliği ilə məşğul olurlar: 

"Bu da təbii olaraq öz effektini verir. Artıq zaman dəyişib. Ölkəmizin beynəlxalq nüfuzu güclənir, vəziyyət artıq əvvəlki kimi deyir. Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Dünyanın əhəmiyyətli lahiyələrində aparıcı dövlət kimi iştirak edir. Artıq bu gerçəkliklə hesablaşırlar. Bunun Ermənistanda və qondarma rejimin daxilində narahatlıqla qarşılanması anlaşılandır. 

Çünki Fransa tarix boyu onların ən böyük hamisi olub. İndi belə qərarların qarşı tərəfdə məyusluq və qorxu hissi yaradır. Ermənilər həmişə bir vaxt onlaranın yanında duran dostlarının onları tərk edəcəklərinin qorxusu ilə yaşayıblar. 

Biliblər ki, bir zaman gələcək, dünya onların əsl sifətini görəcək. Ermənilər deyir ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi obyektiv mövqe bildirməlidir, ona görədə onun bu qərarını qınayırlar. Əslində Fransa obyektivliyi pozmuşdu və onu bərpa etmək üçün sadəcə bir addım atdı".

Ekspertin sözlərinə görə, ölkəmizi xaricdə daha yaxşı təbliğ etməliyik:

"Xaricdə yaşayan vətəndaşlarımız bu işdə fəal olmalıdırlar. Məsələn, o şəhərlər separatçı qurumlarla dostluq haqqında müqavilə bağlayanda orda yaşayan soydaşlarımız buna dərhal öz etirazlarını bildirməliydi. Bunlar milli məsələlərdir. Bu kimi məsələlərdə hər bir azərbaycanlı fəal iştirak etməlidir".

İsmayıl

Paylaş

Bizi Facebookda izləyin
menu
menu