ATV-dən jurnalist İlkin Xəlilovla bağlı AÇIQLAMA




Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti (ATV) açıqlama yayıb.
APA-nın xəbərinə görə, açıqlamada bildirilib ki, son günlər sosial şəbəkələrdə ATV telekanalının əməkdaşı İlkin Xəlilova tənqidi süjetinə görə guya təzyiqlərin göstərilməsi və işdən xaric edilməsi haqqında şayiələr yayılır.
Telekanl bəyan edib ki, bu xəbərlərin heç bir əsası yoxdur və müəyyən qrupların özəl maraqlarına xidmət edən "qara piar"dan başqa bir şey deyil: "Öz fəaliyyətində dövlətin və cəmiyyətin maraqlarını, jurnalistikanın təməl prinsiplərini rəhbər tutan ATV kanalı həmişə cəmiyyətimizdə mövcud olan plüralizmə, fərqli baxışa hörmətlə yanaşıb və öz işində daim bu prinsiplərə riayət edib. ATV telekanalı yayım siyasətinin qurulmasında və yaradıcılıq fəaliyyətində tam sərbəst və müstəqildir. Geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan və ən baxımlı telekanal kimi qəbul edilən ATV-nin televiziya və radio efirində mühüm ictimai-siyasi xəbər və təhlil proqramları, maarifləndirici və əyləncəli verilişlərlə yanaşı, satira və tənqidi materiallar da yer alır. Dəfələrlə telekanalımızın efirində müxtəlif sahələrdə mövcud olan nöqsanlar tənqid edilib, onların aradan qaldırılması ilə bağlı təkliflər irəli sürülüb. Biz bunu ölkəmizdə söz və məlumat azadlığının yaratdığı imkanlar çərçivəsində cəmiyyətimizin inkişafına maneə yaradan problemlərin həllinə töhfəmizi vermək üçün imkan kimi qiymətləndirmişik. Buna görə də İlkin Xəlilovun məlum süjetinə normal yanaşdığımızı və hər hansı sərt cəza tədbiri görülmədiyini bildiririk. Bununla yanaşı, qeyd etməliyik ki, telekanalda müəllif və yaradıcı qrupların mövqeyinə hörmətlə yanaşıldığı kimi, onların jurnalistikanın prinsiplərinə riayət etməsi, telekanalın obyektiv, neytral və qərəzsiz yayım siyasətinə xələl yetirirlməməsi mühüm şərtlər sırasına daxildir".
Paylaş
Bizi Facebookda izləyin
menu
menu