Tükürpərdən hadisə: 3-çü mərtəbədən düşdü, burnu belə qanamadı - FOTOLAR





Türkiyənin  Sakarya şəhərində tükürpərdən hadisə yaşanıb.  Akyazı qəsəbəsində 3-çü mərtəbədən betonun üzərinə düşən və burnu belə qanamadan faciəni sovuşduran 2 yaşlı uşağın ailəsi, yaşanan o anlardan danışıb. 




Sherg.az türk mediasına istinadən xəbər verir ki, ölümdən dönən və xəstəxanadan buraxılan uşağın sağlamlıq vəziyyəti hazırda yaxşıdır.



Hadisə, dünən Akyazı qəsəbəsinin Yunusəmrə məhəlləsi, 4043 küçəsində baş verib. Suriyalı ailənin 2 yaşlı uşaqları 3-çü mərtəbədən betonun üzərinə düşüb, lakin şansı gətirərək burnu belə qanamadan hadisəni xətərsiz sovuşdurub. Hadisə yerinə gələn sağlamlıq qrupların tərəfindən 2 yaşlı Rava Əl Xıdır adlı uşaq Akyazı xəstəxanasına aparılıb, buradan da Sakarya Universiteti Təhsil və Araşdırma xəstəxanasına sövq edilib. Sağlamlıq vəziyyəti yaxşı olan uşaq lazımi müayinədən sonra xəstəxanadan evinə buraxılıb. Uşağın ailəsi yaşanan qorxu dolu anları belə danışır:.



Uşağın atası Cihad Əl Xıdır, "Hadisənin olduğu zaman mən aşağıdaydım, anası isə mətbəxdə idi. Uşağım qapının açıq olduğunu bilmirdi və bir anda yerə düşdü. Öldüyünü düşündüm,  amma çox şükr ki, həyatda qaldı" deyir.

İş yerinə girmək istədiyi zaman uşağın yerə düşmə səsini eşidən və dərhal köməyinə qaçan və adını vermək istəməyən biznesmen isə, "İş yerimə girirdim, birdən səs gəldi, arxama döndüm. Zənn etdim ki, yuxarıdan oyuncaq düşdü. Allah qorudu, bir şey olmayıb, çox sevindik" deyə sözünə əlavə edib.

Turan
Paylaş
Bizi Facebookda izləyin
menu
menu