Danışarkən bir səs eşitdi: Tramp dərhal onu qovdu





Paylaşdığı Twitter mesajlarıyla dünyanı sarsıdan ABŞ lideri Donald Tramp bu dəfə bir reportaj qəzasıyla gündəmə gəlib.

Sherg.az xarici media istinadən xəbər verir ki, Tramp Ağ Evdə Amerikanın TV kanalı ABC-yə müsahibə verib. 



ABC-nin müxbiri Corc Stephanopoulos, Trampa maliyyə keçmişi və Müller istintaqı ilə əlaqədar suallar ünvanlayıb. Bu zaman bir səs eşidilib. Tramp öskürən adamdan narahat olub. "Cavabımın ortasında öskürür, belə şeyləri xoşlamıram" deyib. Dərhal Ağ Evin katibi Mick Mulvaneyə əmr verib. Öskürən şəxsdən zalı tərk etməsini istəyən Mulvaney, "Öskürəcəksinizsə, lütfən otaqdan çıxın" deyib. 



Trampın bu hərəkəti ABŞ mətbuatında və ictimai mediada xeyli tənqid olunub. Xüsusilə CNN International kanalındakı aparıcılar  ABŞ liderinin qərarını gülümsəyərək təqdim edib.

Turan Nəzərli
Paylaş
Bizi Facebookda izləyin
menu
menu