Rəfael Dadaşov efirdə ağladı





Xalq artisti Rəfael Dadaşov "Dalğa” TV-də yayımlanan "Gün ortası Zümrüdlə” proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi valideynlərini yada salaraq, ağlayıb:

"Anam və atam üçün darıxıram. Anam öləndə dedim ki, dua edənim getdi. Mənim üçün kim dua edər? Heç kim. Sadəcə övladlarımdan sevinirəm. Vaxt gələcək onlar da mənim üçün darıxacaq. Valideynlərinizin qədrini bilin. Şərt o deyil ki, başında qədir ağacı əkəsiniz”.

Atasının ağladığını görə Səidə Dadaşova isə verilişdə səslənən mahnının dayandırılmasını, musiqinin atasını səhhətinə pis təsir etdiyini deyib.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu