Restoranın həyətində 19 yaşlı oğlanın qanı töküldü




Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Yenikənd kəndinin çıxışında yerləşən "Nicat” restoranının həyətində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Samir Nəsirov münaqişə zəminində rayonun Dəyirmanlı kənd sakini 2000-ci il təvəllüdlü Saməddin Mehdiyevi üzərində gəzdirdiyi bıçaqla zərbələr vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu