Azərbaycanlı miqrantlar Yunanıstana keçə bilmədi




Türkiyənin Ədirnə şəhərinin Enez rayonunda iki rezin qayıqda Yunanıstana keçməyə çalışan 73 miqrant saxlanılıb.

DHA xəbər verir ki, saxlanılan şəxslər Əfqanıstan, İran və Azərbaycan vətəndaşlarıdır.

Onlardan 15-i uşaq, 17-si qadın, 41-i isə kişidir.

Yaxalanan şəxslər Ədirnə Miqrasiya İdarəsinə təhvil verilib.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu