Zakir Həsənov şəhid mayordan danışdı: "Mənim əmrimi icra edib, ərazidə döyüş hazırlığı ilə məşğul olub"




"Azərbaycan xalqı Ordumuzun qələbəsini gözləyir. Lakin müharibəni hərbçilər başlamır, hərbçilər icraçıdırlar".

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib. O bildirib ki, beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir.

"Əsgər də, zabit də, nazir də daxil olmaqla biz hamımız Vətən, millət naminə canımızı təhlükəyə atırıq və bununla qürur duyuruq. Allah bütün şəhidlərə rəhmət etsin! Bu günlərdə Azərbaycanın hərbi qulluqçusu, mayor şəhid oldu. 

Bəziləri deyir ki, o mayor orada nə edib?! Şəhid mayor orada mənim əmrimi icra edib, ərazidə döyüş hazırlığı ilə məşğul olub", - nazir vurğulayıb.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu