4 qəza: 6 ölü, 4 yaralı




Ötən gün ərzində ölkə yollarında baş verən 4 ağır yol-nəqliyyat qəzasında 6 nəfər ölüb, 4 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Sherg.az"a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 19 cinayətin üstü "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu