« Rusiya Koçaryanı Ermənistanda dövlət çevrilişinə hazırlayır» - Kupirnikin Koçaryanla görüşü gərginlik yaratdı






Fransada erməni dilində fəaliyyət göstərən « armenews.com » saytında « Rusiyanın Ermənistandakı səfirinin Koçaryanla görüşü Ermənistan hakimiyyətində ciddi tənqid olunub» başlıqlı məqalə dərc edilib.

« Sherg.az»ın adıçəkilən sayta istinadən xəbərinə görə, yazıda qeyd olunur ki, iyun ayının 17-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kupirkin Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşüb. Görüşdə Ermənistanın sosial,siyasi və iqtisadi vəziyyəti müzakirə olunub. Ermənistan Xarici İşlər Nazirliyi bu görüşə dərhal reaksiya verib. Nazir S.Kupirkinin addımını qınayaraq bəyan edib ki, bu, Ermənistanın daxili işlərinə müdaxilədir.

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan da bu görüşü dəstəkləmədiyini söyləyib. O, qeyd edib ki, R.Koçaryan dövlət çerilişinə hazırlaşdırılır. Bundan başqa parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Ruben Rubinyan da vurğulayıb ki, səfirlə sabiq prezidentin görüşü çox uyğunsuz bir addımdır.
Bu addım əksər sayt və qəzetlərın yazdığı «Koçaryan Rusiya siyasi elitasında dəstəklənir » iddiasının həqiqətə uyğun olduğuna əsas yaradır.

Tərcümə etdi : Ayyət Əhməd

Paylaş
Bizi Facebookda izləyin
menu
menu