Dünyanı qaraldan xəstəlik: Ən çox kişilərdə rast gəlinir





İnsanın dünyasını qaraldan və dünyada 3 min, 5 min adamdan birində təsadüf edilən "toyuq korluğu” xəstəliyi gözün içindəki rod adı verilən hüceyrələrin zədələnməsi səbəbiylə ortaya çıxır. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, xalq arasında "toyuq korluğu", tibbi terminlə "hemeralopiya" adlanan xəstəlik kişilərdə qadınlara nisbətlə daha çox rast gəlinir.




Toyuqların görməsinin xüsusiyyəti ondan ibarətdir ki, toyuqlar alaqaranlıq yerlərdə heç nə görmürlər. Bu səbəbdən el arasında bu xəstəliyə "toyuq korluğu" deyilir.
Hemeralopiya zamanı insan pis işıqlandırılmış yerlərdə (alaqaranlıq otaqda, axşam vaxtı çöldə) yaxşı görmür. Bu xəstəlik varisliklə keçir.

Göz Xəstəlikləri və Vitreo Retinal cərrahı Opr. Dr. Hüseyn Sanisoğlu, "toyuq korluğu" xəstəliyinə dair əhəmiyyətli məlumatlar verir:



- Bu gün dünyada təxminən 1.5 milyon adam bu xəstlikdən görmə qabiliyyətini itirir. Gözün içini örtən retina adı verilən təbəqədə görmə hüceyrələri var. Rod hüceyrələri qaranlıqda və ya gecə ətrafı görməyi təmin edir. Bu xəstəlik hüceyrələrin pozulub ölməsinə qədər irəliləyə bilir və görmə qabiliyyətinin itirilməsinə səbəb olur.


"Toyuq korluğu”nun səbəbləri müxtəlifdir:

- anadangəlmə (irslə ötürülür və uşağın kiçik yaşlarında özünü büruzə verir)

- simptomatik (digər xəstəliklərin simptomu kimi meydana çıxır)

- essensial (normal görmə üçün lazım olan vitaminlərin çatışmazlığı zamanı)

Anadangəlmə toyuq korluğu müalicə olunmur.

Simptomatik hemeralopiya müxtəlif göz xəstəliklərinin (miopiya, qlaukoma, göz sinirinin atrofiyası və s. ) simptomu kimi meydana çıxa bilər. Bu səbəbdən özünüzdə bu simptomu müşahidə etmisinizsə, vaxt itirmədən oftalmoloqa müraciət edin. Bəzən "toyuq korluğu” ağır və təhlükəli göz xəstəliyinin ilk simptomu kimi meydana çıxır.

Essensial hemeralopiya xəstəliyin ən yayılmış formasıdır. Bunun səbəbi əsasən A vitaminin çatışmazlığıdır.

Hemeralopiyanın inkişafına bu kimi faktorlar təkan verə bilər:

- yuxusuzluq

- infeksiyalar

- sinir və ya fiziki tükənmə

- spirtli içkilərin qəbulu və siqaret çəkmək

- kompüretdə uzun müddət ərzində işləmək

- göz yorğunluğu.

Turan
Paylaş
Bizi Facebookda izləyin
menu
menu