Trampın etirafına MÜNASİBƏT: “11 sentyabr terror aktı başdan-ayağa şübhəli məqamlarla doludur”





"ABC News”a müsahibə verən prezident Donald Tramp 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı "Əkiz qüllələr”ə və Vircinia ştatındakı ABŞ Müdafiə Nazirliyinin mərkəzinə kamikadze hücumlarının arxasında İraq olmadığını qeyd edib. Tramp bildirib ki, 11 sentyabr 2001-ci il hadisələrini törədənlər başqaları idi: "Zənn edirəm ki, onların kim olduğunu bilirəm. Bu hadisələrin bəhanəsi ilə Yaxın Şərqə hərbi müdaxilə etmək ABŞ tarixinin ən pis qərarı olub. Bölgə bataqlığa çevrilib, Yaxın Şərqə getmək qorxunc qərar olub”. Xatırladaq ki, 11 sentyabr hadisələrini "Əl-Qaidə” terror təşkilatının təşkil etdiyi ehtimal olunur. Hadisələr zamanı 3 min insanın həlak olduğu bildirilir. Əslində çoxlarının bildiyi bu reallığı ABŞ rəhbəri Donald Trampın da etiraf etməsi nə anlama gəlir?

Ağ Ev rəhbərinin etirafını "Sherg.az”a dəyərləndirən politoloq Əhəd Məmmədli deyib ki, 11 sentyabr tarixində ABŞ-da baş verən terror aktı çoxlu şübhələr yaradırdır. İllər keçdikcə daha çox şübhələr yarandı:

"Gözlənildiyi kimi İraqda atom çıxmadı. Əfqanıstanda Talibanla danışıqlara gedildi. Yaxın Şərqə demokratiya yerinə böyük qan gəldi. Bütün bunların bir günahkarı oldu - ABŞ. İndi isə bu ölkənin prezidenti Donald Tramp da 11 sentyabr terror aktına şübhə ilə yanaşır. 

Hamıya məlumdur ki, 11 sentyabr terror aktı başdan-ayağa şübhəli məqamlarla doludur. Həmin gün ticarət mərkəzindəkilərin əksəriyyəti fəhlə personalı idi. Fəhlələr isə əsasən immiqrantlardan ibarət idi”.

Analitik bildirib ki, 11 sentyabr tarixi yəhudilərin dini bayramına təsadüf etdiyi üçün yəhudi işçilər də istirahətə göndərilmişdi:

"Maraqlıdır, terrorçular bu nüanslardan xəbərsiz idilərmi? Görürsünüz, suallar çoxdur, ancaq cavablar yoxdur. Trampın etirafı isə təəssüf ki, heç nəyi dəyişməyəcək. Görünür, artıq ABŞ-ın "demokratiya” nağıllarına ölkənin prezidentləri belə inanmır və bunu ifşa edirlər”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu