Genetika: Rus bioloq "CRISPR körpələri" yaratmaq istəyir

Bioloq « CRISPR-Cas9 » « genetik qayçı » istifadə edərək dölləri genetik olaraq dəyişdirmək istəyir. O, ötən il çinli döllər üzərində istifadə olunan metoddan fərqli olaraq dölləri HİV-dən daha effektiv bir üsulla immunizasiy
Çində ilk sınaqdan sonra, rusiyalı bioloq da embrionların DNT-sini dəyişmək istəyir





Növbəti genetik cəhətdən dəyişdirilmiş körpələr Rusiyada da doğula bilər.

« Sherg.az» «sciencesetavenir.fr»ə (elm və gələcək) istinadən xəbər verir ki, bu hal ilk dəfə 2018-ci ilin noyabr ayında Çində baş tutub. İki çinli qız doğulduqdan sonra, Rusiya bioloqu Denis Rebrikov « CRISPR-Cas9 » istifadə edərək genetik cəhətdən yenilənmiş körpə doğurmaq istədiyini söyləyib. Bu barədə D. Rebrikov « Nature "jurnalında dərc olunan məqaləsində yazır.

« CRISPR-Cas9 » aləti "genetik qayçı"nın bir növüdür. Bu qayçı insanın DNT hissələrinin kəsilməsinə və dəyişdirilməsinə imkan verir. Bir neçə ay əvvəl Çində anadan olan əkizləri alim He Jianki QİÇS virusundan immunlaşdırmağa cəhd etmək üçün CRISPR-Cas9 istifadə edib.

Bu, CCR5 genində olan yaxşı təsbit edilən bir mutasiyadır. Rus bioloqu Denis Rebrikovun hədəf almaq istədiyi də genomun məhz bu hissəsidir.

Konkret olaraq, Çin təcrübəsində olduğu kimi, embrionların DNT-si CCR5 geninin səviyyəsində kəsilməlidir.

Belə olan halda HİV-ə vücudun hüceyrələrinə daxil olmağa imkan verən bir protein üçün kod verilməyəcək.

Bundan başqa Rebrikov dəyişdirilmiş embrionları qadınlara yerləşdirməyi nəzərdə tutur ki, bu da klassik HİV-ə qarşı dərmanlara cavab vermir.

Onların infeksiyanı uşağa ötürmək riski daha çoxdur. Amma Rebrikova görə CCR5 geni yaxşı işlədisə, onda bu risk əhəmiyyətli dərəcədə azalacaq.

Tərcümə etdi: Ayyət Əhməd

Paylaş
Bizi Facebookda izləyin
menu
menu