Tramp: 11 Sentyabr hücumlarını kimin təşkil etdiyini bilirəm

ABŞ prezidenti İraqı işğal etməyin axmaqlıq olduğunu söyləyib



 ABŞ prezidenti Donald Tramp qatıldığı bir televiziya proqramında 11 Sentyabr hücumlarının İraq tərəfindən törədilmədiyini söyləyərək, "Başqa aktorlar vardı və bunların kim olduğunu bilirəm" deyib.

Sherg.az xarici media istinadən xəbər verir ki, ABŞ lideri Donald Tramp, "ABC News" televiziyasında aparıcı Corc Stephanopoulosun qonağı olub. O,  Əl-Qaidənin məsuliyyəti boynuna aldığı 11 Sentyabr hücumlarına görə İraqı işğal etməyin axmaqlıq olduğunu söyləyib. Dünya Ticarət Mərkəzinə və Pentaqona əslində İraqın hücum etmədiyini söyləyən Tramp, "İraq deyildi. Başqa aktorlar vardı və  bunların kim olduğunu bilirəm" deyə vurğulayıb.

ABŞ-ın Orta Şərqdəki hərbi fəaliyyətlərini tənqid edən Tramp, "Ölkəmizin tarixində verilən ən pis qərardı" söyləyib.

Orta Şərqi "bataqlıq" olaraq xarakterizə edən Tramp, "Orta Şərqə getmək bərbad bir fikir idi, bərbad. Hardasa  8 trilyon dollar  xərclədik. İndi də məktəb, yol, şose və ya hər hansı bir şey etmək istəsək, hər kəs pulun mübarizəsini aparır" ifadəsindən istifadə edib.

Qeyd edək ki, İngiltərə daxil olmaqla ABŞ-ın bir çox müttəfiqi Əl- Qaidənin gizləndiyi Əfqanıstanı işğal etmişdi. Ancaq İraq da 11 Sentyabr hücumlarından suçlu bilinərək ABŞ-ın işğalına məruz qalmışdı. İraqın işğalı, yüz minlərlə iraqlının, 4 mindən çox ABŞ əsgərinin həyatını itirməsinə və DEAŞ terror təşkilatının ortaya çıxmasına səbəb olmuşdu.

Turan Nəzərli
Paylaş
Bizi Facebookda izləyin
menu
menu