“Fransa məhkəmələrinin qərarları erməni lobbisinə ciddi zərbədir” – Diplomatiyamızın uğuru





"Fransa məhkəmələrinin məlum qərarları Azərbaycanın apardığı uğurlu xarici siyasətdən birmənalı şəkildə asılıdır”.

Bunu "Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Analitik bildirib ki, əks halda Fransa mövqeyini dəyişərək bu cür ədalətli qərarlar qəbul etməzdi:

"Azərbaycan diplomatik və qeyri-rəsmi yollarla Parisə çatdırıb ki, bu kimi hadisələr heç də yaxşı hal deyil. Yəni fransız məhkəmələrinin Qarabağdakı qanunsuz rejimlə əlaqə qurması qeyri-legitimdir və beynəlxalq hüquqa ziddir. Təsadüfi deyil ki, Fransa prezidenti E.Makron da bir müddət əvvəl belə anlaşmaların qanunlara ziddi olduğunu etiraf etmişdi”.

Analitikin sözlərinə görə, Fransa məhkəmələrinin ardıcıl qərarları erməni lobbisinə ciddi zərbədir:

"Fransa regionları ilə Qarabağ arasında bu kimi anlaşmalar parlament tərəfindən ratifikasiya edilsəydi, bu vəziyyət digər ölkələr üçün də mənfi presedent yarada bilərdi. Ancaq ermənilər öz niyyətlərinə çata bilmədilər. Düşünürəm ki, qərarlar erməniləri ruhdan salacaq. Çünki erməni lobbisi hər yola əl ataraq fransız diplomatları, parlamentariləri işğal olunmuş ərazilərimizə gətirirdilər. 

Lakin ermənilər bu cür qanunsuz səfərlər zamanı fransızları məlumatlandırmır, maddi üsullarla onları cəlb edərək Qarabağa səfərlərini təşkil edirdilər. Amma bu metod artıq effekt vermir. Bütün ölkələr və beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırlar”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu