“Fransadakı güclü erməni lobbisi duruş gətirə bilmədi”





Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb. Artıq ermənilər etiraf edirlər ki, bu, ilk növbədə Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsidir. Digər tərəfdən ermənilər onu da etiraf etməyə məcburdular ki, Fransada erməni lobbisi nə qədər güclü olsa belə ATƏT MQ nin həmsədri kimi Fransa neytrallıq saxlamağa məcburdur. Həmçinin, bu elə kobud beynəlxalq qanunvericilk pozuntusudur ki, heç bir, hətta müstəqil olmayan məhkəmə belə ona bəraət qazandıra bilməz. 

Göründüyü kimi Azərbaycan həm hüquqi müstəvidə, həm də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsilə istənilən qeyri-qanuni, Anti-Azərbaycan xarakteli addımların qarşısını almaq gücündədir. Fransa son illər ərzində Azərbaycanla siyasi və iqtisadi əlaqələrini gücləndirib və bu amil prezident Makron başda olmaqla Fransa hakimiyyətinin mövqeyinə öz təsirini göstərməyə bilməz. Erməni əsilli Fransa politoloqu Gaids Minassian da bu həqiqətləri etiraf etməklə yanaşı, bütün baş verənlərə görə həm də Ermənistan və erməni lobbisinin məsuliyyət daşıdığını deyib. Onun fikrincə, ermənilərin fəaliyyətində dəyişiklik olmayacağı təqdirdə bu proaes davamlı xarakter daşıyacaq. 

Məlumat üçün bildirək ki, Minasayan radikal anti-Azərbaycan və anti-türk mövqeyə malik daşnakdır. O, "Le Monde” qəzetinin elektron versiyasında rəhbər işçilərdən biridir. Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz üzrə ekspert qismində çıxış edir. Fransada yaşasa da, tez-tez Ermənistana gedir. Aprel döyüşlərdən sonra Fransa mətbuatında Azərbaycana qarşı çirkin kampaniya təşkil edənlərdən biri olub. Bu, bir tərəfdən konkret anti-Azərbaycan mövqeyi olan bir şəxsin nüfuzlu "Le Monde” qəzetində aparıcı mövqelərdən birinə sahib olduğunu və bu halın nəşrin obyektivliyinə kölgə saldığını göstərir. Digər tərəfdən həssas məqamlarda "Le Monde”nin Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında hansı məqamın durduğunu nümayiş etdirir.

Mövzunu "Sherg.az”a dəyərləndirən politoloq Əli Orucov xatırladıb ki, ötən il Fransanın Arnivull şəhəri ilə Azərbaycanın işğal altındakı Xocavənd şəhəri arasında "Dostluq haqqında xartiya” imzalanmışdı.

Ekspertin sözlərinə gör, bu qanunsuzluqla bağlı Azərbaycan tərəfi Fransaya etirazını bildirsə də, imzalanmış "xartiya" ləğv edilmədi:

"Bundan sonra Azərbaycan tərəfi məsələni siyasi və hüquqi müstəviyə daşıdı. Uğurlu nəticəsi də artıq göz qabağındadır. Fransa məhkəməsi bu cür xartiya və müqavilələri qanunsuz sayaraq ləğv etd etdi. Baxmayaraq ki, Fransadakı güclü erməni lobbisi məhkəmənin belə bir qərar çıxarmasının qarşısını almağa çalışırdı. Lakin sonradan özlərinin də etiraf etdikləri kimi Azərbaycanın ardıcıl və beynəlxalq hüquqa söykənən mübarizəsi qarşısında duruş gətirə bilmədilər. Bu həm də onu sübut etdi ki, sistemli iş və beynəlxalq hüquqa, hamılıqla qəbul olunmuş prinsiplərə istinad edildiyi zaman çətin də olsa hədəfə çatmaq olur. Haqq-ədalət qalib gəlir”.

Analitikin fikrincə, Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı sülh prosesini də eyni qətiyyət və beynəlxalq hüquq normalarına söykənərək aparmalıdır:

"Əlimizdə eyni zamanda BMT-nin TŞ-nin 4 qətnaməsi, Avropa Parlamentinin, İƏT-in işğalla bağlı qətnamələri var. Bu sənədlər Azərbaycan tərəfinin danışıqlarda mövqeyini daha da gücləndirir. Deməli, istəsək çox uğurlu nəticələr əldə edə bilərik”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu