Aqil Səmədbəyli Həlimə Əliyevadan yazdı: “Tək təsəllim onu heç bir zaman üzməməyimdir»





Çağdaş Azərbaycan milli-azadlıq hərəkatının lideri, mərhum Prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli sosial şəbəkə üzərindən təşəkkür müraciəti yayıb. Təşəkkür Elçibəyin bu günlərdə haqq dünyasına qovuşmuş həyat yoldaşı Həlimə xanımın həm müalicə aldığı günlərdə, həm də cənazə mərasimində əməyi keçənlərədir. Təşəkkürün məntindən qısa nümunə veririk:

- Mart ayında müalicə üçün İstanbula gələn qayınanam Həlimə xanım Cərrahpaşa Tibb Fakültəsində bağırsağında yaranan şiş səbəbi ilə əməliyyat edildi. Sonrası üçün kimyaterapiya mərhələsi başladı. Bu zamandan başlayaraq, xəstəxanaya girişindən dəfn mərasiminə qədər yanımdan ayrılmayan MHP İstanbul İl Başqanının Türk Dünyasından sorumlu yardımçısı can dostum Bülənt Maşaoğluna, Cərrahpaşa Tibb Fakültəsinin dekanı prof. dr.Sait Gönən və komandasına, cərrah professor, doktor Kağan Zenginə (kaş durumun ciddiyyətini söyləyəydi), ilgi göstərən Azərbaycanın İstanbuldakı Baş konsuluna, xəstənin durumunu diqqətdə saxlayan MHP İstanbul İl Başqanı Birol Gürə… Aqil bəy daha neçə-neçə ismi xatarladır, hər kəsə ayrı-ayrılıqda təşəkkür edir. 
Bu sırada Elçibəyin silahdaşları, Azərbaycan milli-azadlıq hərəkatının fəal iştirakçıları, Türkiyə və Azərbaycan ictimai-siyasi həyatında tanınan şəxslərin adları çəkilib. Və biz bu müracitdən bildik ki, Həlimə xanımın vəziyyəti iyunun 13-ü ağırlaşıb. MHP millət vəkili, Silivri Medical Park xəstəxanasının sahiblərindən biri Həyati Arkaz təcili tibbi yardım mapşını göndərib. 13-14 iyun tarixlərində Bülənt Pərvin Maşaoğlu və Zikri-Esmira Yazkan cütlüyü onları xəstəxanada tək qoymayıb. Həlimə xanımın vəfatı xəbərini alan kimi Silivri bələdiyyə başqanı Volkan Yılmaz xəstəxanaya gəlib.

Cənazənin hava limanından Vətənə yola salınmasında ailənin yanında olan hər kəsə Aqil bəy təşəkkür edir, Azərbaycanda cənazənin Naxçıvana aparılması üçün xüsusit təyyarə ayrılmasına təlimat verən dövlət xadimlərinə, cənazə xərclərini öhdəsinə götürən və çələng göndərən Birinci vitse-prezident Mehriban Xanıma təşəkkür edir. Kələkidəki dəfn mərasinə qatılanlar arasında Elçibəy dönəminin baş naziri Pənah Hüseyn, KXCP sədri Mirmahmud Mirəlioğlu, sabiq dövlət müşaviri Arif Hacılı, sabiq millət vəkili Arzu Səmədbəyli, Elçibəyin köməkçisi Oqtay Qasımov, Naxçıvanın sabiq daxili işlər naziri Siyavuş Mustafayev də olub.

Aqil Səmədbəyli Həlimə xanımın vəfatı ilə bağlı hətta telefonla ailə üzvlərini arayıb başsağlığı verənləri də unutmayıb. 

Təşəkkürdə hər bir kəsin adı qeyd edilir. Sonda isə «əməyi keçən hər kəsə təşəkkür edirəm. Adını unutduqlarım haqqını halal etsin. Anam əvəzi qayınanam Həlimə xanımın yeri Cənnət, ruhu şad olsun. Tək təsəllim onu heç bir zaman üzməməyimdir» yazıb.

Kələkidə dəfn mərasimində iştirak etmiş Pənah Hüseynlə əlaqə saxladıq və fikrini öyrəndik.
P.Hüseyn, «mərhumənin yaxınları ətraflı məlumat verib. Mənim bir əlavəm yoxdur» dedi və bunu söylədi:

 «Dəfndə iştirak etmək Əbülfəz Elçibəy və Həlimə xanımın ruhu qarşısında borcumuz idi, onu yerinə yetirdik».

Məlahət Rzayeva

Paylaş
Bizi Facebookda izləyin
menu
menu