“Ermənistan sülh danışıqları ilə torpaqlarımızı boşaltmayacaq”





"Vaşinqton görüşü növbəti başaldatmadan başqa bir şey deyil”.

"Sherg.az”ın xəbərinə görə, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Feysbuk profilində yazıb.

Politoloq qeyd edib ki, düşmənin siyasətində dəyişən heç bir şey yoxdur:

"Ermənistanda hakimiyyətdə kimin olmasının fərqi yoxdur. Qarşı tərəf sülh danışıqları ilə torpaqlarımızı boşaltmayacaq. Düşmən görür ki, Azərbaycan ordusu ya təkbaşına, ya da strateji müttəfiqi Türkiyə ilə tez-tez birgə hərbi təlimlər keçirir və bu təlimləri özü üçün təhlükə kimi dəyənləndirir. 

Belə olan halda düşmənin işğal altındakı torpaqlarda hərbi təlimlər keçirməsinə təəccüblənmirəm. Düşmən hərbi təlimləri vasitəsilə zəif olmadığını bizə göstərməyə çalışır. Bizim vəzifəmiz isə düşmənin işğal altındakı təlimlərinə baxmayaraq, hərbi təzyiqi daha da artırmadır”.

İsmayıl

Paylaş
Bizi Facebookda izləyin
menu
menu