AzTV sədri təltif olundu




Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edən Rövşən Məmmədov Azərbaycan mediası qarşısındakı xidmətlərinə və televiziya məkanındakı səmərəli fəaliyyətinə görə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin Fəxri Fərmanı ilə təltif olunub.

Axar.az xəbər verir ki, mükafatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov yubilyara təqdim edib və ona fəaliyyətində yeni-yeni uğurlar arzu edib.
Paylaş
Bizi Facebookda izləyin
menu
menu